Qafqaz məntəqəsində yaşayan yüksək bilikli alim və böyük fəqihlərdən olmuşdur. O, 1881-ci mildi (1378 h.q. ) ildə Seyfəddin kəndində dindar ailəsində anadan olmuşdur. Azərbaycan Respublikasının indiki Masallı rayonu ərazisində yerləşən bu kənd yerli ləhçədə Seybətim adlanır.
İlk təhsilini yerli ruhanilərdən alaraq gənc yaşlarında təhsilini davam etməkdən ötrü Ərdəbil şəhərinin elm mərkəzinə yollanmışdır. Burada o, Molla İbrahim mədrəsəsində dövrün böyük ustadlarından təlim və tərbiyə almışdır. Elmlərin müqəddimatını və ali savadı o zamanın tanınmış müctəhidləri olan Mir Saleh ağa və Ağa seyyid Mürtəza Xalxalidən üyrənmişdir.
1891-ci ildə təhsilini təkmilləşdirmək məqsədilə Nəcəf - əşrəf şəhərinə azim olmuş, böyük alimlər-Axund molla Məhəmməd Kazım Xorasani, seyyid Məhəmməd Kaım Təba-təbai Yəzdinin təlim-tərbiyəsi əhatəsində olmuşdur. Fəlsəfəni böyük hikmət sahibi Ağa Seyyid Hüseyn Badkubeyidən əxz etmişdir. Sadalanlardan başqa riyaziyyat sahəsində dərin bilik əldə etmişdir. Və nəhayət boyük naliyyətler əldə etmiş, ensiklopedik biliyə malik Seyyid Məhəmməd Kazım Təba-təbai Yəzdinin tövsiyəsi və şəhadətilə Müctəhidlik məqmına layiq gorülməklə məqsədinə çatmışdır.
1922-ci ildə doğma kəndinə dönən şeyx elmi-dini biliklərin təbliği, xalqın maariflənməsi sahəsində geniş əməli fəaliyyəti başlayır az zamanda kiçik bir məkanda deil, bütün cənub bölgəsində şöhrətlənir.
Sovet hakimiyyəti qrulduqdan sonra bu böyük zəka sahibi, ilahi alim 1938-ci ildə qədər hökümət məmurları və tərəfdarlarının daimi təqibləri altında şiddətlə əzab-əziyyətli olan həyat tərzi yaşamış, həmən il həbs olunmuşdur. Əmlakı məsadirə olmaqla ona beş il həbs cəzası verilmişdir. Həbslik müddətini başa vuraraq 1943-ci ildə vətəninə qayidan məzlum şeyxi yenə rahat yaşamağa qoymurlar.
1952-ci ildə Masallı şəhərinə köçür. Burada onu təqvalı-pəhrizkar, ibadətçil, peyğəmbər xanədanına mənsub olanlara dərin məhəbbət bəsləyən, yetimlərə və kimsəsislərə əl tutan, maddi yardım göstərən bir insan kimi taniyırlar. Şeyx Əsadüllah həzrətləri böyük alim olmaqldan başqa, özünün gözəl əxlaqi, nəzakəti davranışı, lüftkarlığı ilə fəzilətli bir şəxs kimi məşhur olmuşdur.
1956-cl ilin sentyabırın 16-da ( h.t. 9 Məhərrəm 1375 ) haqqın dərgahına ləbbəyk deyib, öz məbuduna qovuşmuşdur. Pak bədəni Masallı şəhər qəbristanlığında torpağa tağşırılmışdır.
Allah Rəhmət eləsin !