“Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Öncə oğlu ölkəni tərk etdi, indi isə qudasının oğlu tutuldu

“Şeyxi etdiyi ciddi səhvə görə cəzalandırırlar” - Öncə oğlu ölkəni tərk etdi, indi isə qudasının oğlu tutuldu
SOSİAL
15:26 18.09.2017
1472
"Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bütün Qafqazın şeyxi, şeyxülislam hacı Allahşükür Paşazadə ətrafında baş verən son olaylara münasibət bildirib.

AZXEBER.COM xəbər verir ki, o, baş verənlərin təsadüf olmadığını düşür: "Allahşükür Paşazadənin ətrafında baş verənlər nəsə təsadüfə bənzəmir. Əvvəlcə şeyxin və qardaşının Çexiyada mülkləri və oradakı şərikləri barədə köhnə-yeni xəbərlər yayıldı. Şeyx özü dolayı şəkildə xəbəri inkar etsə də, məndə belə təəssürat yarandı ki, buna inanan az oldu. 

Daha sonra şeyxin oğlunun ailəsiylə birgə Azərbaycanı birdəfəlik tərk etdiyi xəbəri yayıldı. Bu dəfə isə xəbər təkbiz edilmədi. Geniş imkanları olan şeyxin oğlunun ölkəni niyə qəfildən tərk etməsinin səbəbləri aydın olmadı. Məncə, ailə içindəki müzakirələrdə qara buludların yaxınlaşdığına dair hissiyyat hakim olub. Bu xəbərin üstündən iki gün keçməmiş şeyxin qudasının oğlu həbs olundu və quda ölkənin baş prokurorunu saxtakarlıqda ittiham etdi. Elə təəsürat yaranır ki, şeyxi nə vaxtsa etdiyi ciddi səhvə görə cəzalandırırlar. Onda kino davam edir”.
OXŞAR XƏBƏRLƏR