Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bütün ermənilərin katolikosu II Qareginlə hələlik görüşmək istəmədiyini bəyan edib.
AZXEBER.COM xəbər verir ki, jurnalistlərə açıqlamasında A.Paşazadə onunla görüşməyi özünə yaraşdırmadığını deyib:
"II Qareginlə görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram. Qaregin dini sifətindən başqa siyasi sifətə də bürünüb. Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim yoxdur".