"Shamkir Chess 2019" superturnirində ilk gedişi Şəmkir RİH başçısı edib - FOTOLAR

"Shamkir Chess 2019" superturnirində ilk gedişi Şəmkir RİH başçısı edib - FOTOLAR
İDMAN
11:32 01.04.2019
9911
Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019” superturnirinə start verilib.

AZXEBER.COM xəbər verir ki, ilk olaraq 31 mart - azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Altıncı dəfə təşkil olunan turnirin birinci turunda Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ağ fiqurlarla dünya çempionu norveçli Maqnus Karlsen ilə üz-üzə gəlib.

Turda ilk gedişi Teymur Rəcəbov - Maqnus Karlsen partiyasında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov edib.

Şəhriyar Məmmədyarov isə qara fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuk ilə görüşür. Digər partiyalarda isə Aniş Giri (Hollandiya) bolqarıstanlı Veselin Topalov, rusiyalı Sergey Karyakin çinli Dinq Liren, Vişvanatan Anand (Hindistan) isə Çexiya təmsilçisi David Navara ilə qarşılaşıblar.

Qeyd edək ki, XXII kateqoriyalı Vüqar Həşimov memorialında bu dəfə də FIDE reytinqində ən yüksək yerlərdə qərarlaşan 10 güclü qrossmeyster mübarizə aparır. Superturnirin reytinq favoriti norveçli hazırkı dünya çempionu Maqnus Karlsendir. O, FIDE-nin reytinq cədvəlində 2845 xalla birinci pillədə qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən doqquz turdan ibarət "Shamkir Chess 2019” turnirinə aprelin 9-da yekun vurulacaq.

Xatırladaq ki, 2014-cü, 2015-ci və 2018-ci illərdə yarışın qalibi Maqnus Karlsen olub. 2016-cı və 2017-ci illərdə isə Şəhriyar Məmmədyarov birinci yeri tutub.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
11:34 12.09.2025
Azərbaycanda işsiz şəxslərin sayı açıqlandı
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
11:24 12.09.2025
Metroda interval 1 dəqiqə 45 saniyəyə endirildi - İlk dəfə
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
11:18 12.09.2025
Türkiyədə tətildə olan məşhur cütlük dələduzluğa məruz qalıb
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı
11:04 12.09.2025
Birbank Biznes-dən sahibkar qadınlara özəl imkanlarla dolu biznes kartı