Si Cinpin Trampa İranla bağlı söz verdi

Si Cinpin Trampa İranla bağlı söz verdi
DÜNYA
21:53 14.05.2026
288
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin sədri Si Cinpin Pekinin İrana hərbi texnika tədarük etməyəcəyini vəd edib.

AZXEBER.COM xəbər verir ki, "Fox News” telekanalına müsahibəsində Tramp deyib ki, bu məsələ Si Cinpinlə danışıqlarda müzakirə olunub.
"O dedi ki, hərbi texnika tədarük etməyəcək. Bu, çox ciddi bəyanatdır”, – deyə ABŞ prezidenti bildirib.

Tramp əlavə edib ki, Çin eyni zamanda İrandan neft almağa davam etmək niyyətindədir.
OXŞAR XƏBƏRLƏR