Türk sənətçisi Sibel Can ölməz sənətkarımız Şövkət Ələkbərovanın ifasında dinlədiyimiz “Bir könül sındırmışam” adlı mahnını oxuyub.
AZXEBER.COM-un məlumatına görə, müğənni mahnını “Meşk” adlı yeni albomuna daxil edib. Sözləri İslam Səfərli, musiqisi Ramiz Mirişliyə aid olan mahnı osmanlı türkcəsində ifa edilib və albomda "Kabahatım büyükdür" adı altında Azərbaycan mahnısı kimi göstərilib.