Sibiqa: Ukrayna Qara dənizdə və enerji sektorunda Rusiyaya atəşkəs təklif edib

Sibiqa: Ukrayna Qara dənizdə və enerji sektorunda Rusiyaya atəşkəs təklif edib
DÜNYA
22:23 10.11.2026
49
"Ukrayna Qara dənizdə və enerji sektorunda atəşkəs elan etməyi təklif edib və Rusiyanın cavabını gözləyir”.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Nazirin sözlərinə görə, Kiyev təklifini Türkiyə, Misir və Hindistan vasitəsilə Moskvaya çatdırıb. Ukrayna tərəfi Rusiyanın cavabını gözləsə də, Sibiqa danışıqlarda irəliləyişə nail olunacağına nikbin yanaşmadığını qeyd edib.

O, həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını davam etdirdiyini və ABŞ-dan hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü sürətləndirməsini xahiş etdiyini bildirib.
 
///apa.az

OXŞAR XƏBƏRLƏR