Sibirdə yerləşən "Xarampurnefteqaz” yatağında baş vermiş yanğın nəticəsində qazma qurğularından biri çöküb.
Bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, mayın 10-da axşam saatlarında iki neft-qaz quyusunda yanğın başlayıb. Nəticədə qazma qurğularından biri tamamilə dağılıb.
Yanğın zamanı üç nəfər xəsarət alıb. Onların hər üçü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.
/APA