Şiddət filmlərinə baxan kişi qonşusunu qılıncla öldürdü: Mən "samurayam" - FOTO

MARAQLI
17:26 10.11.2021
322
Şiddət filmlərdən təsirlənən qonşusu qadını qılıncla öldürüb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ataşehirdə eyni ərazidə yaşayan şəxs tərəfindən qılıncla yaralanan qadın aparıldığı xəstəxanada dünyasını dəyişib.

Barbaros səmtindəki bir kompleksdə yaşayan Başak Cengiz eyni ərazidə yaşayan və psixoloji pozuntusu olduğu iddia edilən Göktürk.B tərəfindən hələ naməlum səbəbdən qılıncla yaralanıb.

Bədəninin müxtəlif yerlərindən xəsarət alan qadın hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən aparıldığı xəstəxanada dünyasını dəyişib. Hadisənin ardından nəzarətə alınan şübhəli Göktürk.B Asayiş Şöbə Müdirliyinə aparılıb.

Bildirilib ki, şübhəli şəxs əvvəllər də psixoloji müalicə alıb.

Şübhəlinin polis bölməsindəki ilk ifadəsində zərərçəkmişi tanımadığı və zorakılıq filmlərindən təsirlənərək bu hadisəni qılıncla həyata keçirdiyi öyrənilib. O "samuray" olduğunu deyib.
 
Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR