“Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı

“Şiddətli müharibə fonunda Azərbaycanın humanitar dəhliz missiyası həyati əhəmiyyət daşıyır”-Fərid Şahbazlı
SİYASƏT
21:59 03.03.2026
1462
"Yaxın Şərqdə yeni müharibə bütün şiddəti ilə davam edir. İran və ABŞ arasında hərbi qarşıdurma artıq lokal zərbələr mərhələsini aşaraq regionun təhlükəsizlik balansını sarsıdan genişmiqyaslı toqquşmaya çevrilib. Enerji infrastrukturu, beynəlxalq nəqliyyat marşrutları və mülki əhalinin təhlükəsizliyi birbaşa risk altındadır. Müharibənin miqyası genişləndikcə onun təsir dalğası Cənubi Qafqaza qədər uzanır və bölgəni yeni geosiyasi təzyiq mühitinə daxil edir. Belə bir şəraitdə sabitlik və praqmatik siyasət region dövlətləri üçün əsas prioritetə çevrilir”.

Bu sözləri "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib. 

O bildirib ki, Azərbaycanın balanslı mövqeyi strateji uzaqgörənlik və siyasi praqmatizm nümunəsidir: "Rəsmi Bakı qarşıdurmanın tərəfinə çevrilmir, blok siyasətindən uzaq dayanır və gərginliyi artıracaq ritorikadan kənardır. Məqsəd Cənubi Qafqazı hərbi qarşıdurmadan uzaq saxlamaq və milli təhlükəsizliyi qorumaqdır. Balanslı siyasət həm diplomatik seçim, həm də uzunmüddətli sabitlik üçün zəruri platformadır”.

Birlik sədri qeyd edib ki, müharibənin şiddətlənməsi fonunda İran ərazisində olan həm Azərbaycan vətəndaşları, həm də xarici vətəndaşlar real həyat təhlükəsi ilə üz-üzə qalıblar: "Hava nəqliyyatının məhdudlaşdığı, logistikanın iflic olduğu bir şəraitdə Azərbaycan humanitar dəhliz açaraq onların təhlükəsiz təxliyəsinə şərait yaradır. Bu addım şiddətli müharibə fonunda formal jest deyil, konkret xilas əməliyyatıdır  və insan həyatının prioritet sayıldığını nümayiş etdirir. Müharibə dövründə humanitar məsuliyyəti üzərinə götürmək dövlətin siyasi gücünün və yetkinliyinin göstəricisidir”.

Siyasi şərhçi vurğulayıb ki Azərbaycan nə blok qarşıdurmalarına qoşulur, nə də gərginliyi artıran siyasi xətt tutur: "Rəsmi Bakı həm Qərb ölkələri, həm Türkiyə, həm Rusiya, həm də İslam dünyası ilə paralel əməkdaşlıq modeli qurub. Bu praqmatik yanaşma ölkəni geosiyasi qütbləşmədən qoruyur və müxtəlif güc mərkəzləri ilə dialoq imkanlarını saxlayır.

Hazırkı geosiyasi şəraitdə – Yaxın Şərqdə gərginliyin artması, Rusiya–Qərb münasibətlərində davam edən qarşıdurma və enerji-logistika xəritəsinin yenidən formalaşması fonunda – Azərbaycanın balanslı xarici siyasəti regional sabitlik üçün mühüm faktordur. Bu model uzunmüddətli sülh və əməkdaşlıq üçün daha dayanıqlı alternativ təqdim edir”.

//Editor.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
00:27 17.04.2026
Zakir Həsənov azad olunmuş ərazilərə getdi - FOTOLAR
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
00:13 17.04.2026
“Ganjavi Holding” 5 illik yubileyini xüsusi tədbirlə qeyd edib - FOTOLAR
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
00:10 17.04.2026
Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb - FOTO
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
00:09 17.04.2026
İstanbulda TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin birinci qeyri-rəsmi görüşü keçirilib - FOTO
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
00:01 17.04.2026
KATV-1-də internet problemi: Sakinlər 2 saatdır internetsiz qalıb
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
23:55 16.04.2026
Məsud Pezeşkian Pakistan ordusunun baş komandanı ilə görüşüb
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
23:44 16.04.2026
Məhsulların orijinal və ya saxta olduğunu necə bilək? - VİDEO
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
23:33 16.04.2026
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
23:20 16.04.2026
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM - VİDEO
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
23:10 16.04.2026
Tramp: İranla atəşkəsin uzadılmasına ehtiyac olmaya bilər
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
22:50 16.04.2026
Rumıniyanın XİN rəhbəri yaxın zamanda Ermənistana səfər edəcək
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
22:46 16.04.2026
Azərbaycana avtomobil idxalı kəskin azalıb - Səbəb nədir? VİDEO
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
22:39 16.04.2026
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
22:29 16.04.2026
Sahibə Qafarova: Yalnız birgə fəaliyyət vasitəsilə ədalətli dünya qurmaq mümkündür
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
22:19 16.04.2026
İmişlidə müəllim əməkhaqqına görə direktorla dalaşdı, arvadını və qızını DÖYDÜ - TƏFƏRRÜAT
“BMW” ilə motosiklet toqquşdu
22:05 16.04.2026
“BMW” ilə motosiklet toqquşdu