Ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da Vətən müharibəsi Şəhidlərinin, qazilərin və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır.
Novruz bayramı münasibətilə Naftalan Şəhər İcra
Hakimiyyəti tərəfindən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə Şəhidlik
zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri və qazi ailələri ziyarət
edilmiş, onlara bayram sovqatları paylanılmışdır.
Şəhid və qazi ailələri bu əziz gündə
Novruz bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını
arzulamış, ölkə rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci
vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya xoş arzularını ifadə etmişlər.
Övladlarının adlarının yaşadılması
istiqamətində görülmüş bütün işləri dövlətin və ölkə başçısının şəhidlərimizə,
onların ailələrinə göstərilən diqqət və qayğının əyani sübutu kimi dəyərləndirmişlər.




