Daha bir Türkiyə gəmisi vuruldu - İtkin düşən var

Daha bir Türkiyə gəmisi vuruldu - İtkin düşən var
DÜNYA
16:03 22.08.2026
216
Qara dənizdə Türkiyənin Akkon Lines şirkəti tərəfindən idarə olunan M/V RMS TEAM gəmisinə pilotsuz təyyarə hücum edib. 

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hücumdan sonra gəmidə böyükhəcmli yanğın baş verib.

Yaxınlıqdakı başqa bir gəmi təcili yardım çağırışına cavab verərək 11 heyət üzvünü xilas edib. Daha bir dənizçi itkin düşüb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Ekipaj təxliyə edildikdən sonra yanğın yaşayış və mühərrik sahələrindən konteyner sahəsinə yayılıb. Şirkətin qiymətləndirməsinə görə, həm gəmi, həm də göyərtədəki yük tamamilə məhv olub.
OXŞAR XƏBƏRLƏR