“Silahlarımız Rusiyanı vura bilər” – Finlandiya XİN

“Silahlarımız Rusiyanı vura bilər” – Finlandiya XİN
DÜNYA
10:49 30.05.2024
93
Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib ki, Ukrayna Rusiyanın hücumlarına qarşı özünü müdafiə etmək hüququna malikdir. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qərbin silahları ilə Rusiyaya qarşı durmağa çalışan Ukrayna yeni dəstək alıb. 

Finlandiya Rusiya ərazisinə öz silahları ilə hücum etmək üçün hazır olduğunu deyib.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, onların silahları Ukrayna tərəfindən Rusiyanın daxili hissəsindəki hərbi məntəqələrə hücum etmək üçün istifadə edilə bilər.

O bəyan edib ki, belə bir hücum şiddətlənən müharibədə "özünümüdafiə” sayıla bilər.

Ayşən
OXŞAR XƏBƏRLƏR