Silahlı insidentdə yaralanan tələbə ilə bağlı - AÇIQLAMA

Silahlı insidentdə yaralanan tələbə ilə bağlı - AÇIQLAMA
SOSİAL
16:36 10.03.2023
2001
"Təəssüf hissi ilə bildirirəm ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb". 
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib. 
 
O bildirib ki, tələbə dərsdən sonra yaralanıb: "Adıçəkilən tələbə 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri 12-də bitdikdən sonra universitetdən çıxıb".
 
Qeyd edək ki, bu gün Bakı Dövlət Sirkinin yaxınlığında silahlı insident yaşanıb, nəticədə 2 nəfər yaralanıb. 
OXŞAR XƏBƏRLƏR