Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

Silvio Berluskoni yenidən xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır
DÜNYA
00:42 06.04.2023
240
İtaliyanın keçmiş baş naziri, "Forza Italia" partiyasının lideri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, nəfəs darlığı olan Berluskoni reanimasiya şöbəsinə yerləşdirilib.

Eks siyasətçinin sözçüsü Paolo Emilio Russo Berluskoninin tənəffüs çətinliyi səbəbindən Milanda San Raffaele xəstəxanasına aparıldığını açıqlayıb:

"İnfeksiyanın yaratdığı problem həll olunmadığı üçün reanimasiyaya aparılıb, ancaq danışa bilir", - deyib.

Qeyd edək ki, İtaliyanın keçmiş baş naziri Berluskoni 2011-ci ildə vəzifəsindən istefa verib.

Xatırladaq ki, 2020-ci ildə koronavirusa yoluxan Berluskoni son illərdə dəfələrlə xəstəxanaya yerləşdirilib. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR