Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalında "Pençe-kilit" əməliyyatı bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə təhlükəsizlik qüvvələrinin sərhəddə terrorçulara qarşı mübarizəsi davam edir.
Bu çərçivədə "Pençe-kilit” əməliyyatı bölgəsində təsbit edilən 3 PKK terrorçusu zərərsizləşdirilib.
Mövzu ilə bağlı Milli Müdafiə Nazirliyi (MSB) açıqlama yayıb:
"Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalında "Pençe-kilit" bölgəsində aşkar etdiyi 3 PKK terrorçusunu zərərsizləşdirib. Əməliyyatlarımız əzmlə davam edəcək”.
Ayşən