Şimali İraqda hava əməliyyatı: 21 hədəf məhv edildi

DÜNYA
11:30 09.09.2024
113
İraqın şimalında terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında 21 hədəfin məhv edildiyi bildirilib.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata əsasən, İraqın şimalındakı Metina, Qara, Hakurk və Qəndil bölgələrində terrorçu hədəflərə qarşı həyata keçirilən hava əməliyyatında 21 hədəfin məhv edildiyi bildirilib.
 
Nazirliyin sosial media hesabından edilən açıqlamada:
 
"PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək İraqın şimalından xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyimizi təmin etmək məqsədi ilə özümüzə uyğun olaraq -Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn müdafiə hüquqları, 21 sentyabr 2024-cü il tarixində Türkiyənin şimalındakı Metina, Qara, Hakurk və Qəndil bölgələrindəki terror hədəflərinə hava əməliyyatı həyata keçirildi. Separatçı terror təşkilatının istifadə etdiyi mağaralar və sığınacaqlardan ibarət olan və məsul səviyyədə terrorçuların olduğu düşünülən hədəflər məhv edilib. Sonuncu terrorçu zərərsizləşdirilənə qədər terrora qarşı mübarizəni əzmlə və qətiyyətlə davam etdirəcəyik"-, deyə bildirilib.

Qeyd edək ki, əməliyyat zamanı günahsız insanların, tarixi-mədəni sərvətlərin və ətraf mühitin zədələnməsinin qarşısının alınması üçün bütün tədbirlərin görüldüyü vurğulanıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR