Şimali İrlandiya Azərbaycana 4 qol vurub 4 pillə irəlilədi - Millimiz isə gerilədi

Şimali İrlandiya Azərbaycana 4 qol vurub 4 pillə irəlilədi - Millimiz isə gerilədi
İDMAN
15:15 24.11.2016
1305

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə komandamız 2 pillə geriləyib və hazırda 386 xalla 90-cı pillədə qərarlaşıb.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri Almaniya 3-cü (-1), Şimali İrlandiya 32-ci (+4), Çexiya 43-cü (-3), Norveç 84-cü (-3), San Marino isə 202-ci (-1) pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 11-də Belfastda Şimali İrlandiyaya 0:4 hesabı ilə darmadağın olduğundan, bu geriləmə gözlənilirdi. 

 
///Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR