Şimali Kipr prezidentinin atası vəfat etdi

Şimali Kipr prezidentinin atası vəfat etdi
DÜNYA
12:05 24.04.2021
455
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatarın atası Rüstəm Tatar vəfat edib.

O, aprelin 24-də 91 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rüstəm Tatar 1930-cu ilin oktyabrın 23-də Kiprin Baf rayonunun Yakacık kəndində anadan olub.

Ali təhsilini Böyük Britaniyada alıb.

O, Şimali Kipr Türk Respublikasının yaranması ilə nəticələnən danışıqlarda müşavir qismində iştirak edib.

1967-75-ci illərdə Kiprin maliyyə və büdcə işləri naziri olub.
 
///Report
OXŞAR XƏBƏRLƏR