Şimali Kipr sahillərində sərnişin gəmisinin batması nəticəsində itkin düşənlərin sayı 20 nəfərə çatıb.
AZXEBER.COM "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə avqustun 31-də Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel bildirib.
Hökumət rəhbərinin sözlərinə görə, indiyədək gəminin 239 sərnişini xilas edilib. Səkkiz nəfərin həlak olduğu təsdiqlənib, digərlərinin axtarışı davam edir. Hadisə rayonunda axtarış-xilasetmə işləri Türkiyə ilə qarşılıqlı əlaqədə fasiləsiz aparılır.
İtkin düşənlərin siyahısında 18 Türkiyə və iki ŞKTR vətəndaşının adı göstərilib.
Xatırladaq ki, sərnişin gəmisi avqustun 30-da Şimali Kipr sahillərində batıb.











































