Cənubi Kiprin Avropa Birliyinə (AB) sədr seçiləcəyi 1 iyul tarixinə qədər Kipr problemi çözülməzsə, Ankara Şimali Kipr Türk Respublikasının (ŞKTR) adının dəyişdirilməsini təklif edəcək. Şimali Kipr Türk Respublikasının adı Annan planında olduğu kimi Kipr Türk Dövlətiə dəyişdiriləcək və dünyadan ŞKTR-in bu adla tanınması istəniləcək.ŞKTR 2004-cü ildə alınan bir qərarla İslam Konfransı Təşkilatında (İKT) da “Kipr Türk Dövləti” adı ilə təmsil edilməyə başlayıb. Buna görə də İKT-yə üzv olan 57 ölkənin 'Kipr Türk Dövlətini tanıyacağına ümid edilir.