Şimali Koreya cənub qonşusuna ağır zərbə vura bilər - VİDEO

DÜNYA
13:40 10.04.2013
1395
Şimali Koreyada eyni vaxtda müxtəlif mənzilli ballistik raketlərin buraxılmasına həyata keçirə bilər. Bu raketlər ölkənin şərq hissəsində, Yapon dənizinin sahilində quraşdırılıb. Tokiodakı hərbi mənbələrin məlumatına görə, ölkənin şərqindəki Kanvondo vilayətində 3-4 min km məsafəni qət edə biləcək “Musudan” tipli raketlər üçün nəzərdə tutulmuş 2 ədəd mobil qurğu aşkar edib.Qeyd edək ki, “Musudan” raketləri indiyədək sınaqdan keçirilməyib. Bu müxtəlif mənzilli 300 kmdən 3000 km-dək ballistik raketlərin buraxılması Pxenyanın hərbi gücünün nümayişi məqsədi daşıyır.Bu arada BMT-nin baş katibi Ban ki Mun Romada keçirdiyi mətbuat konfransında bildirib ki, kiçik bir insident Koreya yarımadasında idarəolunmaz vəziyyətə gətirib çıxara bilər. O, şimali koreyanı gərginliyi artırmaqdansa, dünyada baş verən qloballaşma dövründə daha çox öz xalqının rifahını qaldırmağa çağırıb.Ağ ev isə Şimali Koreyanın bu bəyanatını təxribat kimi qiymətləndirib.Ağ Evin sözçüsü, Cey Karni:” Bu cür ritorika mənasızdır və sadəcə gərginliyin artmasına xidmət edir. Şimali Koreya hökuməti zorakı addımları ilə xalqı dünya ictimaiyyətindən təcrid edir. Biz bir daha rəsmi Pxenyanı beynəlxalq qaydalara tabe olmağa çağırırıq.Bu arada rəsmi Pxenyanın hədələrini ciddi təhlükə hesab edən biznesmenlərin Cənubi Koreyada öz fəaliyyətlərini dayandırması bu ölkənin iqtisadiyyati üçün ağır zərbə ola bilər.Qeyd edək ki, Şimali Koreya BMT təhlükəsizlik şurasının yeni sanksiyaları və ABŞ-la Cənubi Koreyanın keçirdiyi birgə hərbi təlimlərə cavab olaraq Seulla barışıq razılaşmasından çıxıb və onunla müharibə vəziyyətində olduğunu bəyan edib.

OXŞAR XƏBƏRLƏR