Şimali Koreyada estetik cərrahiyyəni "Qərb təsiri” və sosialist ideologiyasına təhlükə kimi qiymətləndirərək ölkə üzrə nəzarət kampaniyasına başlayıb.
AZXEBER.COM xarici mətbuatra istinadən xəbər verir ki, sinəböyütmə, göz qapağı və digər kosmetik əməliyyatlar "burjua praktikası” adlandırılır.
İctimai Təhlükəsizlik Nazirliyi gizli agentlər, yerli strukturlar və saxta pasiyentlər vasitəsilə belə əməliyyatları müəyyən edir.
Tutulan şəxslər açıq məhkəmələrə çıxarılır və sosialist prinsiplərinə xəyanətdə ittiham olunur.
Hakimiyyət həm ideoloji, həm də tibbi arqumentlərdən istifadə edir: Çindən qaçaqmal yolu ilə gətirilən silikon və digər materialların infeksiyalara səbəb olduğu vurğulanır.
Gülay