Şimali Koreya hərbi paradda qitələrarası ballistik raketini nümayiş etdirib

Şimali Koreya hərbi paradda qitələrarası ballistik raketini nümayiş etdirib
DÜNYA
11:20 11.10.2025
264

Şimali Koreyada hərbi parad keçirilib.

Paytaxt Pxenyanda keçirilən paradda Şimali Koreya Lideri Kim Çen Indan başqa, Çinin Baş naziri Li Qianq, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Vyetnam Kommunist Partiyasının lideri To Lam da iştirak edib.

Paradın gedişatında müxtəlif hərbi texnikalar və Şimali Koreyanın ən inkişaf etmiş qitələrarası ballistik raketi "Hwasong-20” nümayiş etdirilib.

Qeyd edək ki, nüvə başlığı daşımağa qadir olan bu raket ABŞ-ın istənilən nöqtəsini hədəfə almaq qabiliyyətinə malikdir.
 
///apa
OXŞAR XƏBƏRLƏR