Şimali Koreya liderindən Rusiyaya dəstək VƏDİ

Şimali Koreya liderindən Rusiyaya dəstək VƏDİ
DÜNYA
14:48 05.06.2025
403
Şimali Koreya lideri Kim Çen In Ukrayna müharibəsi də daxil olmaqla bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyanın paytaxtı Pxenyana səfəri ilə bağlı açıqlama verib.

Bəyanatda deyilir ki, tərəflər hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılmasını müzakirə ediblər.

Görüş zamanı Kim bildirib ki, Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla, bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcək.

Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən açıqlamada tərəflərin Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq məsələləri də müzakirə etdiyi bildirilib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR