Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir

Şimali Koreya: Qərbin sanksiyaları ölkənin nüvə statusuna təsir göstərmir
DÜNYA
09:05 31.10.2026
217
Şimali Koreya ABŞ və Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaların ölkənin nüvə statusuna və hərbi potensialının gücləndirilməsinə təsir göstərmədiyini bəyan edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinin açıqlamasına istinadla məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, ABŞ, Avstraliya və Avropa İttifaqı da daxil olmaqla, bir sıra ölkələrin birtərəfli sanksiyaları Pxenyanın nüvə siyasətini dəyişməyəcək.

Şimali Koreya tərəfi ölkənin nüvəsizləşdirilməsinin mümkün olmadığını vurğulayaraq, digər suveren dövlətlərlə əməkdaşlığın inkişafına maneələr yaradılmasına imkan verməyəcəyini bildirib.

Qeyd edək ki, oktyabrın 28-də Çoxtərəfli Sanksiyaların Monitorinq Qrupuna üzv ölkələr və Avropa İttifaqı Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi ilə bağlı birgə bəyanat yayıblar.
OXŞAR XƏBƏRLƏR