Hərbi təlimlər keçirən Şimali Koreya lideri Kim Çen In 240 millimetrlik çoxlüləli reaktiv yaylım atəşinin sınağını şəxsən izləyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Sınaq atışmasında Şimali Koreya lideri Kim Çen In da şəxsən iştirak edib. Atışmaları izləyən Kimi yüksək rütbəli əsgərlər müşayiət edib.
Şimali Koreya fevralın 12-də çoxlüləli reaktiv yaylım atəşi sistemi üçün yeni idarə edilə bilən sursat və ballistik idarəetmə sistemi hazırladığını elan edib.
Qeyd edilib ki, yeni hazırlanan sistemlər Şimali Koreya ordusunun çoxlüləli reaktiv yaylım atəşi tutumunda keyfiyyət dəyişikliyi edəcək.
Mikayıl