Bu şəhər karantinə alındı

Bu şəhər karantinə alındı
DÜNYA
11:15 28.03.2023
281
Şimali Koreyada yaranan qalmaqal ölkənin karantinə alınmasına səbəb olub.
 
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, əsgərlər evləri gözdən keçirərkən itkin düşən əşya tapılana qədər heç kimə çölə çıxmaq əmri verilməyib.

Koronavirus epidemiyası 2020-ci ildə başlayanda Şimali Koreya ordusu Çindən ölkəyə girişin qarşısını almaq üçün sərhəddə qoşunlar yığıb.
 
2 ildən artıqdır ki, sərhəddə olan qoşunlar fevralın 25-dən tədricən öz hissələrinə qayıtmağa başlayıblar. Lakin bu daşınma zamanı əsgərlər 653 mərmi itiriblər.

Martın 7-də güllələrin itdiyi məlum olub. Güllələri öz səyləri ilə tapa bilməyən əsgərlər səlahiyyətlilərə məlumat verməli olublar. Hadisədən xəbər tutan prezident Kim Çen In 200 min əhalisi olan Hyesan şəhərinin karantinə alınması barədə göstəriş verib.

Şəhərə bütün giriş-çıxışlar bağlanıb. Əsgərlər ev-ev axtarışlarına başlayıb. Bütün mərmilər tapılmayana qədər karantinin qaldırılmayacağı açıqlanıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR