Şimali Koreyada koronavirusdan ölənlərin sayı 50-yə çatıb.
AZXEBER.COM xəbər verir ki, Şimali Koreyada COVİD-19 virusundan ölənlərin sayı 50-yə yüksəlib. Şimali Koreya lideri Kim Çen Inın bununla bağlı orduya göstəriş verdiyi də məlum olub.
Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) daha 392900 nəfərdə mənşəyi naməlum yüksək qızdırma əlamətlərinin olduğunu açıqlayıb. Dünən saat 18.00-a qədər 24 saat ərzində təxminən 96 min artdığı bildirilən şübhəli yoluxma sayının ümumilikdə 1 milyon 21 minə çatdığı, ölənlərin sayının isə 50-yə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, Şimali Koreya lideri Kim Çen In dünən Koreyanın hakim Fəhlə Partiyasının Siyasi Bürosunu fövqəladə iclasa çağırıb və orduya epidemiya ilə mübarizəyə dəstək verməyi tapşırıb.
Kim Çen Inın məsuliyyətsiz iş tərzinə görə kabinet və ictimai səhiyyə bölmələrinin əməliyyat imkanlarını tənqid edib.
Qeyd edək ki, Şimali Koreya keçən həftə ilk COVİD-19 yoluxmasını rəsmi olaraq təsdiqləyib və ekspertlər tibbi avadanlıq çatışmazlığı səbəbindən yoluxma sayını dayandıra bilməməyin ölkədə humanitar böhrana və kütləvi ölümlərə səbəb ola biləcəyi ehtimalına diqqət çəkib.
Ayşən Mirzəyeva