Şimali Koreyadan çəkindiklərinə işarə etdilər

DÜNYA
08:52 15.04.2013
1131
Koreya yarımadasındakı gərginliklə əlaqədar müzakirələr aparmaq üçün Yaponiyaya səfər edən ABŞ dövlət katibi Con Kerri bu ölkənin xarici işlər naziri Fumio Kisida ilə görüşüb. Tokioya Cənubi Koreya və Çindən sonra səfər edən Con Kerri bu görüşlər barədə açıqlama verib."Seulda və Pekində keçirdiyim görüşlərin nəticələri barədə ümumilikdə onu deyə bilərəm ki, bu görüşlər paylaşdığımız ümumi maraqlar baxımından, regiondakı sabitlik və xüsusilə Koreya yarımadasında nüvəsizləşdirmə siyasəti baxımından çox konstruktiv və müsbət olub", - deyə ABŞ dövlət katibi vurğulayıb.Con Kerri və Fumio Kisida Şimali Koreyanın müharibə vəziyyəti barədə xəbərdarlığından və Pxenyanın qitələrarası ballistik raket buraxmaq ehtimalından dolayı narahatlıqlarını ifadə ediblər.

OXŞAR XƏBƏRLƏR