Şimali Koreyadan gözlənilməz İspaniya QƏRARI

Şimali Koreyadan gözlənilməz İspaniya QƏRARI
DÜNYA
12:02 01.11.2023
195
Şimali Koreyanın bəzi Afrika ölkələrinin ardınca İspaniyanın paytaxtı Madriddəki səfirliyini həmişəlik bağladığı bildirilib.
 
AZXEBER.COM-un Yonhap xəbər agentiyinə istinadən verdiyi məlumata görə, diplomatik sənədə əsaslanaraq, Pxenyan rəhbərliyi Madriddəki səfirliyini bağlayıb.
 
Şimali Koreya verilən qərarın səbəbini açıqlamasa da, yerli mətbuatda bu qərarın "Pxenyanın qlobal sanksiyaları" səbəbiylə verildiyi bildirilir.
 
Qərarın iqtisadi böhranla əlaqədar olduğu barədə də şərhlər yazılıb.

Qeyd edək ki, 2001-ci ildə İspaniya ilə diplomatik əlaqələr quran Şimali Koreya 2013-cü ildə burada səfirlik açıb.

Şimali Koreyanın Madriddəki ilk səfiri Kim Hyok-chol, Pxenyanın nüvə sınaqları və raket sınaqlarına görə 2017-ci ildə "persona non-qrata” elan edilib və deportasiya edilib. Şimali Koreya bu yaxınlarda Anqola və Uqandadakı səfirliklərini bağlayıb və səfirlərini də geri çağırıb.
 
Günel
OXŞAR XƏBƏRLƏR