Şimali Koreya NATO-ya xəbərdarlıq edərək təşkilatın ölkənin maraqlarını pozmağa davam edəcəyi təqdirdə bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi NATO ilə bağlı açıqlama verib.
Bəyanatda NATO-nun Rusiya ilə Şimali Koreya arasında hərbi əlaqələri pisləməsi ilə bağlı bu ifadə işlədilib:
"NATO ABŞ-nin döyüş alətindən başqa bir şey deyil”.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin iyun ayında Şimali Koreyaya rəsmi səfər edib və tərəflər arasında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.
Mikayıl