Şimali və Cənubi Koreya arasında razılıq əldə olundu- Sazişin mətni sabah açıqlanacaq

DÜNYA
00:39 25.08.2015
1092

Cənubi Koreya və Koreya Xalq Demokratik Respublikası arasında yaranan böhranlı vəziyyətin aradan qaldırılması məqsədi ilə sərhədyanı Pxanmundjomda aparılan danışıqların ikinci raundu başa çatıb.

Məlumata görə, tərəflər razılıq əldə etməyə nail olublar.

"Razılıq əldə olunub. Saziş avqustun 25-də açıqlanacaq", - deyə agentliyin məlumatında bildirilir.

Danışıqların birinci raundu şənbə günü keçirilib. O, 10 saat davam edib. İkinci raund bazar günü başlayıb və 34 saat uzanıb.

//report.az

OXŞAR XƏBƏRLƏR