Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə yerli vaxtla saat 21.00-də (Bakı vaxtıyla 23.00) sədrin İstanbulun Tophanə məhəlləsindəki mənzilində baş verib. Məlumata görə, 4 ildir itrkin düşmüş 29 yaşlı oğlunu axtaran və bu səbəblə əsəb gərginliyi yaşayan Özdemir evdə heç kimin olmamasından istifadə edərək tapança ilə özünü öldürüb.Qeyd edək ki, ölüm səbəblərinin araşdırılması üçün polis mərhum Zəki Sami Özdemirin meyitini məhkəmə tibbi ekspertizasına təhvil verib.