Şımkentdə doğum evinin yaxınlığında partlayış baş verib, 2 nəfər ölüb

Şımkentdə doğum evinin yaxınlığında partlayış baş verib, 2 nəfər ölüb
DÜNYA
19:48 21.05.2022
404
Qazaxıstanın Şımkent şəhərində doğum evinin yaxınlığında yerləşən aptekdə baş vermiş partlayış nəticəsində 2 nəfər ölüb. 

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, fizioloji məhlulun istehsal edildiyi aptek binası tamamilə dağılıb. 
 
"Hadisə nəticəsində perinatal mərkəzin bir əməkdaşı (keşikçi – red.) və bir körpə (18 günlük) ölüb, 8 nəfər xəsarət alıb”, - Türkestan vilayətinin səhiyyə idarəsinin məlumatında deyilir.
OXŞAR XƏBƏRLƏR