Simonyan: Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır

SİYASƏT
13:35 22.05.2024
150
Ermənistanla Azərbaycan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və regional kommunikasiyaların açılması üzrə danışıqlar davam etdirilir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu parlamentin spikeri Alen Simonyan Lüksemburq Deputatlar Palatasının sədri Klod Vislerlə birgə mətbuat konfransında deyib.

O əlavə edib ki, danışıqlar davam edir.

"Ermənistan Azərbaycanla müzakirələrdə maraqlıdır. Biz 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq bütün nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyirik. Ümid edirik ki, bu proses uğurla nəticələnəcək” – Alen Simonyan deyib.
OXŞAR XƏBƏRLƏR