''Simurq'' ''Sumqayıt''a qarşı, Bakıda və Gəncədə bərabərlik

İDMAN
18:26 04.10.2012
1383

Bu gün Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutacaq.

Ağdamın "Qarabağ" klubu bu turda Gəncəyə səfər edib. Qurban Qurbanovun komandası burada yerli "Kəpəz" klubunun qonağı olub. Bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0.

Bu mövsüm uğursuz çıxışı ilə diqqət çəkən "Bakı" klubu öz meydanında "Qəbələ" ilə qarşılaşıb. Ramiz Məmmədovun komandası bu görüşdə qələbə qazanacağı təqdirdə ən azı ilk "altılıqda"kı mövqeyini qoruyacaqdı. Lakin"Qəbələ" ilk hissədə hesabı açsa da,fasilədən sonra üstünlüyünü əldən verib - 1:1.

Premyer Liqanın hazırki lideri "Simurq" klubu doğma meydanda son turlar inamlı təsir bağışlayan "Sumqayıt"ı sınağa çəkəcək. Son iki turda güclü rəqiblərini məğlub edən Sumqayıt təmsilçisi uğurlu seriyanı davam etdirmək niyyətindədir.

Günün son qarşılaşması Bakıda baş tutacaq. Burada iki paytaxt təmsilçisi -"Rəvan" və "İnter" klubları üz-üzə gələcək. Kaxaber Sxadadzenin komandası bu görüşdə qalib gəlməklə çempionluq iddiasını ortaya qoymağa çalışacaq.

Qeyd edək ki, turun "Neftçi" - "Turan" oktyabrın 8-də keçiriləcək.4 oktyabr (cümə axşamı)Premyer Liqa, VIII turun oyunları18:00. “Simurq” – “Sumqayıt” - 0:0 (Birinci hissə)Hakimlər: Rauf Cabbarov, Ramiz Əsədov, İsgəndər Əliyev, Tahir ƏhmədovAFFA nümayəndəsi: Əsgər ƏmirəliyevHakim-inspektor: Fazil MürşüdovZaqatala şəhər stadionu.“Simurq”:22. David Pietrzkieviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 8. Qərib İbrahimov, 9. Marçin Burxardt, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç

“Sumqayıt”:1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Aftandil Hacıyev, 5. Murad Doymuş, 6. Taner Taktak, 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov (k), 13. Murad Ağayev, 22. Xəyal Mustafayev, 76. Uğur Pamuk19:00. “Rəvan” – “İnter”Hakimlər: Rəhim Həsəno, Munis Abdullayev, Knyaz Əmiraslanov, Feyzulla FeyzullayevAFFA nümayəndəsi: Sakin MəmmədzadəHakim-inspektor: Gülağa CabbarovBakı. "Bayıl Arena" stadionu.16:00. “Kəpəz” – “Qarabağ” - 0:0

Hakimlər: Elçin, Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, İnqilab MəmmədovAFFA nümayəndəsi: Əliyar XanəliyevHakim-inspektor: Şahin CəfərovGəncə şəhər stadionu."Kəpəz":16. Xəyal Zeynalov, 4. Azər Məmmədov (k), 6. Məhərrəm Hüseynov, 10. Armand Feutçine, 2. Nicat Məmmədov, 14. Elxan Əzizov, 15. Şahin Kərimov, 18. Nikolay Svejentsev, 20. Emin Əliyev, 30. Yuri Fomenko, 88. Bujamin Asani

“Qarabağ”:1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli16:00. “Bakı” – “Qəbələ” - 1:1Qollar:Viktor Mendi, 13 (0:1), Aleksandr Şoliç, 59 (1:1)Qırmızı vərəqə:Rövşən Əmiraslanov, 43 ("Qəbələ")Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur FərhadovAFFA nümayəndəsi: Maşallah ƏhmədovHakim-inspektor: Məlik Həsənov“Bakı” FK-nın Təlim-Məşq Bazasının stadionu.“Bakı”:16. Aqil Məmmədov, 3. Denis İvanovs, 6. İbrahim Karqbo, 7. Deividas Çesnauskis, 8. Junior Vilson, 15. Cəmşid Məhərrəmov (k), 19. Nurlan Novruzov, 21. Novruz Məmmədov, 22. Evangelios Mantzios, 24. Nenad Kovaçeviç, 77. Aleksandar Soliç

“Qəbələ”:30. Anar Nəzirov, 8. Bruno Da Silva, 9. Viktor Mendi, 10. Luis Paulo Hilario, 11. Yannik Kamanan, 84. Kelhar Dejan, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 26. Daniel Lopes Kruz, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov3 oktyabr (çərşənbə)

AZAL – “Xəzər Lənkəran” - 0:2Qollar:Manuel Skarlatake, 40 (0:1), 45 (0:2)Bakı. Saat 18:30. "AZAL Arena" stadionu. 1500 tamaşaçı.Baş hakim: Ağayev ƏliyarBaş hakimin köməkçiləri: Musayev Elman, Məmmədov RzaDördüncü hakim: Yusifov FarizAFFA nümayəndəsi: Elbrus AbbasovHakim-inspektor: Səfər HaşımovSarı vərəqələr:Taqim Novruzov, 36 (qeyri-idman hərəkəti); Usim Nduka, 39 (qeyri-idman hərəkəti) // Roberto Alviz, 8 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 43 (qeyri-idman hərəkəti); Adrian Skarlatake, 51 (qeyri-idman hərəkəti); Dimitrios Sialmas, 65 (qeyri-idman hərəkəti)Artırılan vaxt:I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.AZAL:12. Cahangir Həsənzadə (k), 2. Juan Fransisko, 3. Usim Nduka, 4. Jose Junior Ailton, 6. Taqim Novruzov, 7. Cavid Tağıyev, 8. Elman Taqayev, 11. Zohair Benouahi, 16. Junior Nildo, 17. Viktor İqbekoyi, 20. Branislav Arseniyeviç

“Xəzər Lənkəran”:25. Orxan Sadıqlı, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 7. Sadio Tounkara, 6. Robert Alviz, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 3. Vanderson Skarduelli, 21. Radomir Todorov, 27. Manuel Skarlatake

OXŞAR XƏBƏRLƏR