Sinan Akçıl Bakıda konsert verəcək - FOTOLAR

Sinan Akçıl Bakıda konsert verəcək - FOTOLAR
MAQAZİN
17:45 10.06.2013
2851

Azərbaycanlı tamaşaçıların maraqla izlədiyi “Öyle bir geçer zaman ki” teleserialının “Ali Kaptan”ı Erkan Petekkaya və cazibədar müğənni Hadisənin keçmiş sevgilisi Sinan Akçıl Azərbaycana gəlib.

AZXEBER.COM-un məlumatına görə, Sinan Akçıl bu dəfə “Grand” mükafatı üçün Bakıya gəldiyini deyib. O, növbəti gəlişində Azərbaycanda konsert verəcəyini də istisna etməyib. Erkan Petekkaya isə Sinan Akçılı dünyaca məşhur ulduz adlandıraraq Azərbaycanda konsert verərəsə, böyük istək görəcəyini deyib. Şəxsi həyatından da danışan müğənni həyatında heç kimin olmadığını söyləyib.

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva da “Grand” mükafatlandırma mərasimində iştirak etmək üçün  ölkəmizə gələnlər sırasındadır.

Qeyd edək ki, “V&V company”nin təşkil etdiyi “Grand” mükafatlandırma mərasimi bununla 16-cı dəfə təşkil edilib.

Çinarə

OXŞAR XƏBƏRLƏR