Sinan Akçil məşhur teleaparıcı ilə yayılan görüntülərindən danışdı - FOTO

Sinan Akçil məşhur teleaparıcı ilə yayılan görüntülərindən danışdı - FOTO
MAQAZİN
16:07 08.06.2022
654
Teleaparıcı Müge Anlı ilə eşq yaşadığı iddia edilən müğənni Sinan Akçıl bütün suallara aydınlıq gətirib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur müğənni Sinan Akçıl və aparıcı Müge Anlı ötən aylarda bir restoranda təkbaşına görüntülənərək sevgili olduqları iddia edilib.

Müğənni Sinan Akçıl iddialarla bağlı açıqlama verib:

"Həqiqətən bu haqda danışmaq istəmirəm. Müge Türkiyədə dostluq etdiyim üçün çox qürur duyduğum nadir personajlardan biridir. Bu cür suallara cavab verməkdənsə, necə layiqli insan olması və necə uğurlu iş görməsini müzakirə edək”.
 
Ayşən
 

OXŞAR XƏBƏRLƏR