Müğənni Sinan Özen aparıcı və şoumen Mehmet Ali Erbilin vəziyyəti haqda məlumat verib.
Mehmeti xəstəxanada ziyarət etməyə gedən ifaçı çıxışda jurnalistlərin suallarını cavablandırıb. O, "Alinin vəziyyəti necədir" sualına belə cavab verib:
"5 gün sonra yenə əməliyyat olunacaq. Ciyərlərində qanaxma var. Müalicələr davam edir. Hazırda reanimasiyadadır".
Qeyd edək ki, aparıcı iki gün öncə evdə yıxıldığı, qabırğalarının sındığı və daxili qanaxma keçirdiyi üçün xəstəxanaya yerləşdirilib.
///Axşam.az