Sinan Oğan iddialara cavab verdi: "İlham Əliyev mənə zəng etməyib"

Sinan Oğan iddialara cavab verdi: "İlham Əliyev mənə zəng etməyib"
SİYASƏT
12:20 26.05.2023
284
"ATA İttifaqı”ndan prezidentliyə namizəd Sinan Oğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışması barədə yayılan iddiaları təkzib edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sinan Oğan "TRT Haber”ə açıqlama verib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə zəngli və ya digər vasitələrlə danışmadığını bildirib:

"İlham Əliyev mənə zəng etməyib. Ondan mənimlə bağlı heç bir mesaj da gəlməyib. İlham Əliyevin belə bir təşəbbüs edəcəyi ağlımın ucundan da keçməz. Türkiyə Azərbaycanın daxili işlərinə qarışmadığı kimi, Azərbaycanın da Türkiyənin daxili işlərinə qarışmadığı məlumdur. Doğrudur, İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı dəstəkləyir, onu sevir, Qarabağın azad olunmasında onun rolunu önəmsəyir, amma bu, İlham Əliyevin Türkiyənin daxili işlərinə qarışdığı anlamına gəlmir”, - deyə Sinan Oğan seçkilərdə Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanı dəstəkləməklə bağlı Prezident İlham Əliyevin guya ona zəng etməsi barədə iddiaları yalanlayıb.

Ətraflı videoda:

Ayşən

OXŞAR XƏBƏRLƏR