xari

“Sinhua” agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib

SİYASƏT
12:11 01.03.2021
455
"Sinhua” agentliyinin ispandilli bölməsi Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici KİV nümayəndələri üçün mətbuat konfransı ilə əlaqədar məqalə dərc edib.

AZXEBER.COM xəbər verir ki, "Azərbaycan Prezidenti: "Çinli tərəfdaşlarımız öz öhdəliklərini yerinə yetirirlər” adlı məqalədə deyilir:

"Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da çinli tərəfdaşların COVID-19-a qarşı peyvənd tədarükü üzrə öhdəliklərini yerinə yetirdiklərinə görə təqdir edib, eyni zamanda vaksinlərin qlobal paylanmasında açıq-aşkar bərabərsizliklə bağlı narahatlığını bildirib.

"Həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar... Belə çıxır ki, kiməsə çatmayacaq”, - deyə prezident onlayn formatda qatıldığı mətbuat konfransında bildirib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan lap əvvəldən Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dəstəklənən beynəlxalq "COVAX” peyvənd mübadiləsi təşəbbüsünə qoşulub.

Çinli tərəfdaşların öz öhdəliklərinə sadiq qaldıqlarını qeyd edən prezident ölkəsinin alınmalı olan başqa peyvəndləri hələ də almadığını söylədi. O, Azərbaycanın "COVAX” təşəbbüsü üzrə "AstraZeneca” - "Oxford”, "Pfizer” - "BioNTech” və "Moderna” peyvəndlərini hələ almadığını vurğulayıb.

"Özü də bizə onları nə vaxt alacağımızı demirlər”, - deyə dövlət başçısı əlavə edib.

Azərbaycanda COVID-19-a qarşı kütləvi vaksinasiya Çinin əczaçılıq şirkəti "Sinovac” tərəfindən hazırlanmış "CoronaVac” preparatı istifadə olunmaqla yanvar ayından başlayıb.
 

 




OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

09:33 15.04.2021

İran televiziyası qadın hakimə görə Premyer Liqa matçının yayımını 100 dəfədən çox kəsdi

09:21 15.04.2021

Bu gündən Azərbaycanda istilik təchizatı dayandırılır

09:10 15.04.2021

Yevlaxda cücə sexi yanıb, 1 nəfər ölüb

08:58 15.04.2021

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılacağı tarix açıqlandı

08:41 15.04.2021

İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"