Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?

Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
SOSİAL
17:40 27.08.2020
803
"Bu gün 338 sinifdə şagird sayı 40-dan yuxarıdır, 99.5%-də bu rəqəm 40-dan aşağıdır". 

AZXEBER.COM xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib. 

Nazir bildirib ki, sinifdə maksimal şagird sayı normaları müəyyənləşəcək: "Planımız odur ki, məktəbə gələn hər bir şagirdə təlimatları özündə əks etdirən məlumat vərəqələri veriləcək"

E.Əmrullayev qeyd edib ki, böyük ehtimal soyunub-geyinmə otaqları mövcud şəraitdə imkan vermirsə, bədən tərbiyəsi fənni tədris olunmayacaq.
OXŞAR XƏBƏRLƏR