Sinner ATP reytinqinə ən azı 50 həftə başçılıq edən beşinci tennisçi olub

Sinner ATP reytinqinə ən azı 50 həftə başçılıq edən beşinci tennisçi olub
İDMAN
19:29 19.05.2025
385
İtaliyalı Yannik Sinner ATP reytinqinə ən azı 50 həftə başçılıq edən beşinci tennisçi olub.

Daha əvvəl Novak Cokoviç (Serbiya, 53 həftə), Lleyton Hyuitt (Avstraliya, 75 həftə), Cimmi Konnors (ABŞ, 160 həftə) və Rocer Federer (İsveçrə, 237 həftə) bunu bacarıb.

Qeyd edək ki, Yannis Sinner ötən gün Romada keçirilmiş "Masters" turnirinin finalında ispan Karlos Alkarasa uduzub. Karyerası ərzində 19 ATP titulu qazanan 23 yaşlı tennisçi 2024-cü ilin iyunundan reytinqə başçılıq edir.
 
///report
OXŞAR XƏBƏRLƏR