“Sinovac” peyvəndi əksər ölkələr üçün daha əlverişlidir

SAĞLAMLIQ
15:31 10.12.2020
1040
Bir çox ölkənin COVID-19 əleyhinə peyvənd istehsal etmək üçün qlobal yarışa çıxdığı bir vaxtda, Çin özünün COVID-19-a qarşı hazırladığı uğurlu vaksinlərindən biri olan "Sinovac” vaksinini artıq xaric ölkələrə təqdim etmək istiqamətində böyük addımlar atır.

Pekində yerləşən "Sinovac Biotech” şirkətinin hazırladığı COVID-19 peyvəndi kütləvi peyvənd kampaniyası keçirməyə hazırlaşan İndoneziyaya gətirilib və yanvar ayına qədər bu ölkəyə 1.8 milyon doza əlavə vaksin də göndərilməsi nəzərdə tutulur.

Ancaq adıçəkilən vaksinin yoxlanılması üçün hələ son mərhələdəki sınaqlar bitmədiyi dövrdə belə bir sual ortaya çıxır: Çinin COVID-19 əleyhinə bu vaksini haqqında nələri bilirik?

BBC-nin yazısında bildirilir ki, "Sinovac” vaksini təsirsiz hala gətirilmiş peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub.

Nanyanq Texnoloji Universitetinin tədqiqatçısı Luo Dahai BBC-yə müsahibəsində bildirib ki, "Sinovac" vaksini digər bir sıra xəstəliklərə qarşı da uğurla istifadə olunan peyvəndlərdən biridir.

Vurğulanır ki, "Sinovac" vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsidir. "Sinovac” peyvəndinin əksər ölkələr üçün daha əlverişli olduğu qeyd edilir.
 
///trend

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq