Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sintezator ifaçısını bıçaqlamaqda təqsirləndirilən müğənni Əfsər İsmayılova hökm oxunub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. İsmayılov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2016-cı ilin iyunun 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb.
Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.
Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılıb.
Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintezatorda düzgün müşayət etməməsi olub.
Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.