Siqaret çəkmək unutqanlığa səbəb olur?

SAĞLAMLIQ
11:06 06.04.2023
264
Tərkibində minlərlə toksin olan siqaretin xüsusilə ürək və ağciyərlərə zərərləri məlum olsa da, təəssüf ki, diqqətdən kənarda qalır. 

AZXEBER.COM xəbər verir ki, gündəlik həyatımızda tez-tez qarşılaşdığımız kimyəvi maddələr fərqində olmadan sağlamlığımızı təhdid edir. Tərkibində çoxlu toksinlər olan siqaretlər də onlardan biridir. 

Nevrologiya mütəxəssisi Derya Uludüz bununla bağlı bəzi açıqlamalar verib:

"Elmi araşdırmalar göstərir ki, siqaret tüstüsü koqnitiv funksiyaları da zədələyir. Siqaret çəkənlər və passiv siqaret çəkənlər bilməlidirlər ki, tütün tüstüsü vasitəsilə qana qarışan zəhərli maddələr beyinə zərər verir. Siqaretin tərkibində minlərlə toksin olduğu aydındır. Ağciyər xərçənginin ən əhəmiyyətli səbəbi və ürək-damar xəstəliklərinin yolunu açan məkrli bir təhlükədir. Elmi araşdırmalar göstərir ki, siqaret tüstüsünün tərkibindəki formaldehid beyin hüceyrələrini də öldürür. Əslində siqaret çəkənlər konsentrasiya pozğunluğu, unutqanlıq, baş ağrısı və zehni yorğunluq kimi problemlərlə siqaret çəkməyənlərə nisbətən daha tez-tez qarşılaşırlar və bunu stress və ya iş yükü kimi səbəblərə bağlayırlar. Bununla belə, həm aktiv, həm də keçmiş siqaret çəkənlər və ən çox görülən demens növü olan Alzheimer riski altındadır". 

Necə qoruna bilərik?

"Siqaret və siqaret çəkən mühitlərdən uzaq durmalıyıq. Siqareti tərgitmək üçün elektron siqaretlərdən istifadə etməməliyik. Çünki tərkibində formaldehidlə yanaşı, çoxlu toksinlər də var”. 

Siqaretin yaratdığı digər problemlər:

"Çox yaxınlarda aparılan elmi araşdırma, formaldehidin az miqdarda da olsa, uzun müddət məruz qalmasının yaddaş və idrak problemlərinə səbəb ola biləcəyini ortaya qoyub. Araşdırmalara görə, formaldehidə 20 ildən çox məruz qalan insanlarda koqnitiv pozğunluqlar 2-3 dəfə çox olur. Xüsusilə siqaret çəkənlərdə bu riskin yüksək olduğu bildirilir. Üstəlik, tənəffüs yolu ilə bədənə daxil olan formaldehid kanserogendir. Onun buxarı gözlərin qızarmasına, qaşınmasına və yaşlanmasına səbəb olur. Bu maddə həmçinin burun tutulması, boğazda yanma hissi, astma, allergiya və sinüzitə səbəb ola bilər. Gündəlik həyatda yaşadığınız problemlər və bir çox kənar təsirlərdən qaynaqlanan stress və siqaret unutqanlığı yaradan başlıca səbəblərdəndir”, - deyə o bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR