Siqaret niyə bahalaşdı? – Rəsmi açıqlama

Siqaret niyə bahalaşdı? – Rəsmi açıqlama
SOSİAL
14:07 29.08.2016
2008
Bir sıra siqaretlərin qiymətləri 20-40 qəpik civarında artıb. Ümumilikdə əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Məsələ ilə bağlı açıqlama verən İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, onlarda bununla bağlı məlumat yoxdur: "Siqaret qiyməti bizim tərəfimizdən tənzimlənən mallar siyahısına daxil deyil. Buna görə də qiymətlə bağlı sorğuları siqaret satışı ilə bağlı şirkətlər verə bilər".
Mövzu ilə bağlı Qaynarinfo.Az-a danışan “European Tobacco Baku” ASC (ETB) şirkətinin İdarə Heyətinin sədri, deputat Rüfət Quliyev bildirib ki, bəzi siqaretlərin qiyməti qalxıb.
Rüfət Quliyev qeyd edib ki, “European Tobacco Baku” ASC (ETB) siqaret satışı ilə məşğul olmur: "Biz istehsalçıyıq. Azərbaycan bazarında satılan iki ailə siqareti - "Prima" və "Vaysroy"u biz istehsal edirik. Bunların qiymətində heç bir dəyişiklik yoxdur. Yerli istehsaldır. Düzdür, istehsal zamanı tələb olunan materialın 80 faizi xaricdən gəlsə də, bizdə qiymətlər qalxmayıb. Lazım olanda biz satan şirkətlərə xahiş edirik ki, bu qiymətləri qaldırın. Amma tələb-təklifı hər zaman nəzərə alırıq. İdxal olunan siqaretlərin qiyməti qalxıb. Bu da təbiidir. Çünki idxal olunan mallar dollarla alınır. Dollar-manat məzənnəsində müəyyən qədər dəyişikliyə görə qiymətlərin qalxması qaçılmazdır. Buna görə də bəzi siqaretlərdə qiymət artımı müşahidə olunur, bəzilərində isə olduğu kimi qalıb".
Rüfət Quliyevin sözlərinə görə, bəzi siqaretlərin 2-3 ay bundan əvvəlki qiymətlərilə müqayisədə azalma müşahidə olunur: "İstehsal etdiyimiz siqaretlər 2 manatdan 1 manat 40 qəpiyə düşmüşdü. İndi isə 1 manat 20 qəpiyə düşüb. Bizim ailəyə məxsus siqaretlərdə qalxma müşahidə olunmur".
Deputat vurğulayıb ki, artıq Azərbaycan brendi altında 2 cür siqaret istehsal etməyə başlayıblar: "Çalışacığıq ki, onun də qiymətini tənzimliyək. Artıq Azərbaycan tütünü almağa başlamışıq. Söz verdiyimiz kimi keyfiyyəti yüksək və qiyməti münasib olduğu halda xammal kimi öz tütünümüzdən istifadə edəciyik. İldən-ilə də artım olacaq. Bu il 26 ton Azərbaycan tütünü almışıq. Qiymətlər münasib və keyfiyyət uyğun olarsa, bundan 10 qat çox da almağa hazırıq".
/// Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
14:41 05.03.2026
İranın dron hücumları nəticəsində xəsarət alanlarıən sayı artdı
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi
14:39 05.03.2026
Ukrayna səfirliyi İranın Naxçıvana dron hücumlarını pislədi