“Siqaret və qəlyan çəkənlər millidən uzaqlaşdırılsın” - Fazil Mustafa

“Siqaret və qəlyan çəkənlər millidən uzaqlaşdırılsın” - Fazil Mustafa
SOSİAL
11:46 04.11.2017
3380
""Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanovun milli futbol komandamıza baş məşqçi təyin olunması həqiqətən yerində verilmiş ən realist qərardır. Təbii ki, istənilən baş məşqçinin həmişə "edam kötüyü" gözünün önündə olur, özünün səhvindən və ya federasiyanın maneələrindən və yaxud futbolçuların məqsədyönlü xəyanətindən hər zaman bu "edam kötüyü"nə gətirilə bilər. Ancaq milli komanda "Qarabağ" kimi həm də bir Azərbaycan davasıdır”. 

AZXEBER.COM BakuPost.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu davada Vətənə səmimi olmaq, Allah rizası üçün öz imkan və qabiliyyətini ortaya qoymaq kifayətdir: "Kimsə sənə qəhrəman deyəcək, kimsə bir-iki məğlubiyyətə görə söyəcək, "İstefa!" çığıracaq, bunlar gözlənilən davranışlardır, bir o qədər də fərqinə varmaq lazım deyil. Milli komandamızın əksər rəqiblərlə müqayisədə potensialı da aşağıdır, milli çempionatımız çox zəifdir, alt yapı deyilən futbol sistemimiz də ürəkaçan durumda deyil. Əslində ərazisi işğal altında olan, qonşular tərəfindən hər an gözümçıxdıya salınan Azərbaycan dövləti də dünya ailəsi içində eyni parametrlərlə boy göstərir. Bununla belə, necə ki, dövlət olaraq dünyada ağır, məşəqqətli şəkildə öz mövqeyimizi gücləndirməyə, kiçik səviyyələrdə də olsa söz sahibi olmağa can atırıqsa, futbolda da bundan fərqli bir durum olmayacaq önümüzdə. Addım-addım irəliləmək zorundayıq”.

Deputat əlavə edib ki,  "Qarabağ" kimi, məğlub olanda belə xarakter nümayiş etdirən, oyun sistemi pozulmayan bir milli komanda qurulacağına şübhə etmir: "Ona görə də Qurban Qurbanovun "Qarabağ"dakı sistemini milli komandaya köçürə biləcəyinə qətiyyən şübhəm yoxdur. Fikrimcə ilk iş milli komandanın alt yaş qruplarından başlamalı, alt yaş qruplarındakı bütün milliləşdirilmiş legionerlər öz ölkələrinə göndərilməlidirlər. İmkan verilməlidir ki, orada-burada itib-batmış və ya itirilib-batırılmış Azərbaycan övladları öz ölkəsini təmsil etməyə başlasınlar. Yüksək keyfiyyətli legioner varsa, o zaman bir söz söyləmərəm, ancaq bizim xalqa yabançı olan, sıradan bir futbolçu kimi qəbul olunan şəxslərin xitmətindən imtina edilməlidir. Özümüzünkülər, uduza-uduza təcrübə toplayıb bir gün mütləq çarxı geriyə çevirib uğur qazana biləcəklər. 

Digər bir məsələ isə, ədəbli və mədəniyyətli futbolçu hazırlamaqla bağlıdır. Baxın, son iki oyunda "Qarabağ"ın hər dəfə bir futbolçusuna şübhəli qırmızı kart göstərdilər. Futbolçular mübahisə etmədən, əsəb şousu göstərmədən mədəni şəkildə meydanı tərk etdilər. Bu ilk növbədə məşqçinin uğuru idi ki, təvazökarlıqdan, mədəni səviyyədən uzaq olan futbolçuya qətiyyən yaşıl işıq yandırmır. Baxırsan ki, bir gənc bir-iki qol vuran kimi, bir-iki dəfə milliyə çağırılan kimi, özünü Kuarejma kimi aparmağa başlayır. Komandanın sistemi ilk növbədə bir-iki xuliqana görə pozulur. Eynilə cəmiyyətdə olduğu kimi. 

Üçüncüsü isə siqaret çəkən, qəlyan çəkən, davamlı alkaqol düşkünü olan məsuliyyətsiz futbolçuların komandadan uzaqlaşdırılması vacibdir. Fikrimcə bu üç problemin çözülməsi daha stabil komanda formalaşdırmağa imkan yaradacaq. 

Hər halda AFFA-nın bu addımını mövcud şəraitdə uğurlu sayıram və həm Milli "Qarabağ"ı, həm də Milli komandanı Azərbaycan vətəndaşı olaraq səbrlə dəstəkləməyə davam edəcəyəm...”

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
12:14 29.06.2025
Kolumbiyada torpaq sürüşməsində ölənlərin sayı 23 nəfərə çatıb
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
12:08 29.06.2025
Azərbaycanda Rusiya ilə bağlı mədəni tədbirlər ləğv olundu
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
11:56 29.06.2025
Yekaterinburqda daha bir azərbaycanlının barəsində məhkəmə keçirilir
Rəşad Dağlının övladlarından yüksək nəticə
11:50 29.06.2025
Rəşad Dağlının övladlarından yüksək nəticə
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
11:40 29.06.2025
Ukrayna Silahlı Qüvvələri pilotla birlikdə F-16-nı itirib
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib
11:39 29.06.2025
Yekaterinburq məhkəməsi Məzahir Səfərov barəsində həbs qətimkan tədbiri seçib
Ağdamın işğaldan azad edilmiş Mərzili kəndində ilk dəfn mərasimi olub
11:35 29.06.2025
Ağdamın işğaldan azad edilmiş Mərzili kəndində ilk dəfn mərasimi olub
Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub
11:27 29.06.2025
Yekaterinburqda məhkəməsi keçirilən azərbaycanlıların adları məlum olub
Səhnədə halı pisləşən müğənni xəstəxanaya yerləşdirildi
11:22 29.06.2025
Səhnədə halı pisləşən müğənni xəstəxanaya yerləşdirildi
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir
11:15 29.06.2025
Ramzan Kadırovun 17 yaşlı oğlu evlənir