Şirazın yaşayış məntəqəsi bombalanıb, yaralılar var

Şirazın yaşayış məntəqəsi bombalanıb, yaralılar var
DÜNYA
10:15 15.03.2026
201
ABŞ və İsrailin Hərbi Hava Qüvvələri İranın Şiraz şəhərində yaşayış məntəqəsini bombalayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Şəhərin cənub-şərqində yerləşən bir ərazidə baş verən bu təcavüz fəhlələrə və Sosial Rifah Təşkilatının himayəsində olan şəxslərə məxsus bir neçə yaşayış evinin dağılmasına və günahsız sakinlərin yaralanmasına səbəb oldu",- məlumatda qeyd olunub.

Dağıntılar altında axtarışlar aparıldığı üçün ölənlərin olacağı, yaralı sayının isə artacağı istisna edilmir.

Bildirilib ki, atəşə tutulan yaşayış evləri tamamilə dağılıb.
 
/Report
OXŞAR XƏBƏRLƏR